Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / MSK Zahir Əzəmətlə bağlı qərarı qüvvədə saxladı

MSK Zahir Əzəmətlə bağlı qərarı qüvvədə saxladı

Jurnalist Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron seçki dairəsindən namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. “Qafqazinfo” xəbər verir ki, o, müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun  namizədliyindən imtinaya səbəb kimi adına olan torpaq sahəsini göstərməməsini bildirib. Mərkəzi Seçki Komissiyası müraciəti araşdırıb və məlum olub ki, namizəd həmçinin ilkin maliyyə hesabatını da təqdim etməyib. Buna görə də MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Z. Əzəmət bildirib ki, o, Əmlak komitəsindən respublika üzrə əmlakın olub olmaması barədə arayış alıb: “Həmin sənəddə də Lənkəranda onun adına torpaq sahəsinin olması barədə informasiya çıxmayıb. Sənəd də şikayət məktubuna daxil edilib. Bundan əlavə, Seçki Məcəlləsinə görə məlumat qəsdən gizlədilməyibsə , 48 saat ərzində namizədə onun düzəldilməsi üçün vaxt verilməli idi. O vaxt da mənə verilməyib”.

MSK sədri Məzahir Pənahov deyib ki, onlara Əmlak Komitəsindən daxil olan məlumatda isə adına torpaq olduğu qeyd edilməyib: “Siz bununla bağlı məhkəməyə müraciət etməlisiniz. Biz yol axtarırıq  ki, namizədi qeydə alaq. Ancaq əmlakla bağlı məsələdə biz dəfələrlə namizədlərə müraciət etmişik ki, məlumatları düzgün təqdim edin”.

Beləliklə, Z.Əzəmətin müraciəti qəbul edilməyib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …