Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Erməni jurnalist akkreditasiya aldı

Erməni jurnalist akkreditasiya aldı

Erməni jurnalist Nobel Arustamyan AÇ-2020-nin oyunları üçün akkreditasiya alıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova özünün Teleqram kanalında məlumat verib. 

O bildirib ki, uzun müzakirələrdən sonra Arustamyan UEFA tərəfindən qeydiyyata alınıb: “İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün qeydiyyatdan keçdi. Çalışmağa davam edirik”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın “Matç Tv” kanalının baş redaktoru Tina Kandelaki kanalın şərhçisi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. O, buna səbəb kimi isə Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərmişdi. Kandelaki bildirmişdi ki, erməni jurnalist Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan ona akkreditasiya verməkdən imtina edib. 

Qaydalara görə, UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır. 

Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünən açıqlamasında Nobel Arustamyanın bloklanmasına aydınlıq gətirib. O bildirib ki, Arustamyan Azərbaycan torpaqlarına qanunsuz səfər edib: “Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …