Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Elektrik enerjisinin qiymətini bahalaşdırmaq təklif olunur

Elektrik enerjisinin qiymətini bahalaşdırmaq təklif olunur

İqtisadiyyat Nazirliyi yanında “Təmiz Şəhər” ASC-nin zərərlə işləməsi tullantıların daşınma tariflərinin aşağı olması ilə bağlıdır, bu barədə “report”a açıqlamasında qurumun İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
“Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantıların daşınması ilə yanaşı, istehsal etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır ki, mənfəətlə işləyək”, – deyə o, qeyd edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …