Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / DTX tərəfindən saxlanılan polkovniklə bağlı qarar verildi

DTX tərəfindən saxlanılan polkovniklə bağlı qarar verildi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevlə haqda qərar verilib.

” Azinforum.az ” xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən F.Mirzəyevlə bağlı verilən təqdimata baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha öncə xəbər verdiyimiz kimi, sabiq rəis 2020-ci il iyununda MN-dəki vəzifəsindən çıxarılıb. Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …