Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Dövlətin müsadirə etdiyi “Vosmoy” bazarı ilə bağlı qalmaqal – Bazarın keçmiş sahibi şikayət verdi

Dövlətin müsadirə etdiyi “Vosmoy” bazarı ilə bağlı qalmaqal – Bazarın keçmiş sahibi şikayət verdi

Bakıda “Vosmoy” bazarının dövlət nəfinə müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verilib.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, bazarın sahibləri olmuş Salman və Qəhrəman Səfərov qardaşları apellyasiya şikayətini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Onlar apellyasiya şikayətlərində bazarın geri qaytarılmasını tələb edirlər.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə “Vosmoy bazarı” kimi tanınan “8-ci km bazarı” dövlət nəfinə müsadirə edilib.

İstintaq sənədələrinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, bir hissəsi isə MTN-də nazir müavini olmuş Hilal Məmmədovun həyat yoldaşının adına olub.

Bu epizod üzrə isə Səfərov qardaşları zərərçəkmiş qismində tanınıb. Onlar bazarın A.Çovdarov və H.Məmmədov tərəfindən əllərindən zorla alındığını bildirib və bazarın geri qaytarılmasını istəyirlər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …