Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı – 1 ailənin 6 üzvü öldü

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı – 1 ailənin 6 üzvü öldü

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub.

Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimovlar, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …