Məlum olduğu kimi, 4 gündən sonra – 9 fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, parlament seçkilərində deputatlığa namizəd olaraq
iştirak edəcək bəzi şəxslərin ataları daha əvvəl deputat olublar.
Atası
deputat olan deputatlığa namizədlərdən biri hakim Yeni Azərbaycan
Partiyasından (YAP) olan deputat Mirkazım Kazımovun oğlu Səid
Kazımovdur. Daha əvvəl 4 dəfə – deputat seçilən Mirkazım Kazımov sonuncu
dəfə 2015-ci ildə 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət
vəkili seçilib.
Qarşıdakı
seçkilərdənamizəd olaraq iştirak etməyən Mirkazım Kazımovun oğlu Səid
Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən
namizədliyini irəli sürüb. 1982-ci il təvəllüdlü Səid Kazımovun
hüquqşünas olduğu qeyd olunur.
Deputatlığa
namizəd olan daha bir deputat oğlu isə Qafqaz Müsəlmanları İdarəsinin
sədri Hacı Allahşükür Paşazadənin qudası, sabiq-deputat Hacı Qalib
Salahzadənin oğlu Əliabbas Salahzadədir.
Namizədliyi
YAP tərəfindən irəli sürülən 1979-cu il təvəllüdlü Əliabbas
Salahzadənin Sabunçu rayon İcra Hakimiyyətində şöbə müdiri olduğu
göstərilir.
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …