Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / Deputat Nizami rayon Bələdiyyəsini hədəfə aldı: “… o zaman necə olacaq?”

Deputat Nizami rayon Bələdiyyəsini hədəfə aldı: “… o zaman necə olacaq?”

“Bakıdakı avtomobil dayanacaqları ilə bağlı əsasnamə olmalıdır”.

Bunu Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə deyib.

O, Bakının Nizami rayonunda yerləşən parkın yolunun şlaqbaumla kəsilməsindən şikayətlənib: “8-ci km qəsəbəsində I vitse-prezidentin tapşırığı ilə park salınıb. Amma kimsə avtomobillərin ora keçməməsi üçün şlaqbaum qoyub. Bu məsələdən bələdiyyələrin xəbəri var?!

Yəqin ki, orada yaşayanlar, avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, bu zaman necə olacaq? Yaxud Təcili Tibbi Yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək? 

Ümumiyyətlə, bu dayanacaqların bir əsasnaməsi olmalıdır”.

Report

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …