Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Rüstəm İbrahimbəyov yenidən Bakıda iclas keçirir

Rüstəm İbrahimbəyov yenidən Bakıda iclas keçirir

Məşhur kinorejissor Rüstəm İbrahimbəyov Bakıdadır. Virtualaz.org xəbər verir ki, bu gün, iyunun 4-də R.İbrahimbəyov onun iştirakı etdiyi daxili siyasi proseslərlə əlaqədar Azərbaycanda olmadığı uzun müddətdən sonra alternativ Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasını keçirib.

Virtualaz.org-la söhbətində Mədəniyyət Nazirliyinin kinematoqraf departamentinin rəhbəri Cahangir Məmmədov məşhur kinorejissorun Moskvadan qatyıtması barədə məlumatı təsdiqləyib.

“Rüstəm İbrahimbəyov Bakıdadır və özünün alternativ Kinematoqrafçılar İttifaqının iclasını keçirir. Onunla bağlı başqa məlumatım yoxdur”, – nazirliyin nümayəndəsi deyib.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …