Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Dərslər nə vaxt davam edəcək? – Nazirdən açıqlama

Dərslər nə vaxt davam edəcək? – Nazirdən açıqlama

Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində tədrisin nə vaxt davam etdiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, nazir AzTV-də yayımlanan “Hədəf” verilişində bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarından sonra ictimaiyyətə açıqlama veriləcəyini deyib:

“Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycanda ilk koronavirus halı aşkar edildikdən cəmi bir neçə gün sonra – mart ayının 3-də tədris prosesinin bütün təhsil müəssisələrində dayandırılması barədə qərar qəbul edildi.

Nazirlər Kabineti yanında Operativ Qərargah bütün riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək və bu müddətin uzadılması barədə qərar qəbul edilərsə, bu həftə ərzində Azərbaycan ictimaiyyətinə məlumat veriləcək”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …