Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bu uşaqlar Gəncə qətliamında valideynlərini itirdi…

Bu uşaqlar Gəncə qətliamında valideynlərini itirdi…

“Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş bu məsum uşaqların gözlərində çox böyük bir acı var”.

“Qafqazinfo” xəbər verir ki,  bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz  tvitter hesabında Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirən və onları son mənzilə yola salan uşaqlarla bağlı paylaşımında qeyd edib.

16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanın Gəncəyə atılan raket hücumu nəticəsində itiriblər.

Xatırladaq ki, terror hadisəsi nəticəsində həmçinin körpə Nilay da hər iki valideynini itirib. Onun atası Adil Əliyev, nənəsi Afaq Əliyeva Gəncəyə raket hücumu nəticəsində həlak olmuşdu. Dünən isə anası Əliyeva Günay xəstəxanada həyatını itirib. 

Nilayın Gəncə qətliamında həlak olmuş valideynləri:

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …