Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Biznesmen Hafiz Məmmədov həbs olundu

Biznesmen Hafiz Məmmədov həbs olundu

Tanınmış iş adamı Hafiz Məmmədov Dövlət Vergi Xidmətinin İstintaq İdarəsi tərəfindən saxlanılıb. Saxlanmaya səbəb iş adamına məxsus müəssisələrin külli miqdarda vergi və məcburi sosial sığorta ödənişləri borcunun olmasıdır. O, məhkəməyə aparılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda H.Məmmədov 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bu gün onun barəsində çıxarılmış həbs qətimkan tədbiri barədə qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə olacaq. Məhkəmə saat 17.00-a təyin olunub.

Eyni zamanda, Hafiz Məmmədovun nümayəndəsi virtualaz.org-a borclarının olduğunu təsdiqləyib.

“Hafiz Məmmədovun həqiqətən də 700 min manat vergi borcu olub. O, bu borcun böyük hissəsini ödəyib və borcun qalığını ödəmək niyyətində olub”, – deyə iş adamının ətrafı bildirib.

Hafiz Məmmədovun nümayəndəsi onu da əlavə edib ki, iş adamı daşınmaz əmlakının bir hissəsini satmaqla vergi borcunu çoxdan bağlaya bilərdi. Lakin Hafiz Məmmədovun əmlakına həbs qoyulub və onunla bütün əməliyyatların aparılması mümkün deyil.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …