Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Bizim rəhbərlərimiz haradadır?” – Sərhədə gələn Paşinyandan soruşdular

“Bizim rəhbərlərimiz haradadır?” – Sərhədə gələn Paşinyandan soruşdular

Bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhədə gəlib.

Paşinyan sərhəddəki vəziyyətlə tanış olub, Qeqarkunikdə Kut kəndinin sakinləri ilə görüşüb.

Kənd sakinlərindən biri Nikol Paşinyana sual ünvanlayaraq ölkəsindəki acınacaqlı duruma aydınlıq gətirməsini tələb edib.

“Bunu mənə izah edin. Bizim dövlətimiz, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, hökumətimiz, rəhbərliyimiz baş nazirimiz var. Hər şeyimiz var. “Hərbi əsirlər” məsələsi ilə niyə Rüstəm Muradov məşğul olur? Bizim rəhbərlərimiz haradadır?”, – deyə kənd sakini Paşinyandan soruşub.

Paşinyan suala cavabında deyib ki, sadalanan bütün dövlət orqanları “məhbusları” geri qaytarmaq üçün çalışırlar.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Azvision.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …