Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / BDU-da 2 prorektor işdən çıxarıldı

BDU-da 2 prorektor işdən çıxarıldı

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb. 

” Azinforum.az ” demokrat.az-a istinadən xəbər verir ki, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib.

Onların yerinə isə hələlik heç bir təyinat yoxdur.

Qeyd edək ki, işdən çıxarılan Sani Hacıyev və Nəbi Ramazanlı BDU-nin keçmiş rektoru Abel Məhərrəmova yaxın şəxslər kimi tanınır. 

Həmçinin oxuyun

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb. Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın …