Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Çoxuşaqlı anaların müavinəti artırıldı

Çoxuşaqlı anaların müavinəti artırıldı

Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668 ) aşağıdakı dəyişikliklər edilib:

1.1. adında “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə, “33 (otuz üç)” sözləri “55 (əlli beş)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …