Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Baş redaktorun ailəsi yanğın baş verən binadan təxliyyə olundu

Baş redaktorun ailəsi yanğın baş verən binadan təxliyyə olundu

Paytaxtın Şəfaət Mehdiyev küçəsində yanğın baş verən binada “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin də ailəsi xilas edilib. Azinforum.az-ın məlumatına görə, baş redaktorun yaşadığı həmin binada sakinlərlə birlikdə onun 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanım da xilas edilib. Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır. Movqe.az-a açıqlamasında baş redaktor Aydın Quliyev bildirib ki, hadisənin baş verdiyi an dərhal yaşadıqları binaya gedib: “Hadisənin baş verdiyini eşidən an özümü yetirdim. Nəvəm və yoldaşım təxliyyə olunublar. Bir azca həyat yoldaşımın səhhətində narahatlıq var. Yanğınsöndürənlər sağ olsunlar ki, vaxtında onları xilas edə biliblər. Həkimlər dərhal ilkin yardımı göstəriblər”. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …