Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Baş nazir Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırıb

Baş nazir Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırıb

Bakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb.

Musavat.com intihara cəhd hadisəsi ilə bağlı bəzi təfərrüatlar əldə edib.

Məlumata görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub.

O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

Əldə etdiyimiz məlumata görə, həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …