Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Bank Respublika”nın sahibinin 17 yaşlı oğlu qəfil öldü

“Bank Respublika”nın sahibinin 17 yaşlı oğlu qəfil öldü

“Bank Respublika”nın sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfil dünyasını dəyişib.

” Azinforum.az ” demokrat.az-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında – Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.   

Qeyd edək ki, N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …