Ana səhifə / Aktual / “BakuTel” sərgisində “Nar” stendinə gələnlər müasir smartfon qazanacaq

“BakuTel” sərgisində “Nar” stendinə gələnlər müasir smartfon qazanacaq

Ölkənin ən gənc mobil operatoru “Nar” “BakuTel-2019” – 25-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman müştəriyönümlü addımları və yenilikləri ilə seçilən “Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır.
Azinforum.az
 xəbər verir ki, “Nar” abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar. Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də “Nar”ın yüksəkkeyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.
Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “BakuTel-2019” sərgisindəki “Nar” stendinə dəvət edir.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …