Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakıda Arif Məlikovun heykəli ucaldılacaq – Sərəncam

Bakıda Arif Məlikovun heykəli ucaldılacaq – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək. 

Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək. 

Mədəniyyət Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını, paytaxtda yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin edəcək. 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …