Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir sensasion prosesə start verilib.
Gununsesi.org-un
xəbərinə görə, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə
təqsirləndirilən “Günay Bank”ın keçmis vəzifəli şəxsi Emin Zeynalovun
məhkəmə prosesinin hazırlıq iclası baş tutub.
Hakim
Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində
zərərçəkmişlərdən bəziləri iştirak etsə də digərləri öz nümayəndələrini
göndərməklə kifayətlənib.
İttiham aktına görə, Emin Zeynalov 18 nəfərin 44 milyon manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Cinayət
işində maraqlı məqam zərərçəkən şəxslərdən birinin- Vəliyev Orxan
Ədalət oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin
kürəkəni olmasıdır. Qeyd edək ki, Orxan Vəliyev, həmçinin Mədəniyyət
Nazirinin keçmiş müavini Ədalət Vəliyevin oğludur.
Belə
ki, Orxan Vəliyev 14 milyon manat pulu Emin Zeynalova fazilə verib.
Məqsəd isə Eminin həmin pullarla biznesini genişləndirməsi və daha artıq
qazanc olub.
Ancaq
Emin Zeynalov həmin pulları batırıb və Orxan Vəliyevin pullarını
qaytara bilməyib. Cinayət işində digər zərərçəkənlərdə sıravi şəxslər
deyil.
Belə ki, əsasən bankirlər, yüksək rütbəli polis əməkdaşları məhz Emin Zeynalova yüksək faizlə böyük pullarını etibar ediblər.
İlk prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirildikdən sonra növbəti məhkəmə prosesinin vaxtı elan edilib.
Prosesdə diqqəti çəkən məqamlardan biri də zərəçəkən Orxan Vəliyevin orada olmaması idi.
Növbəti proses noyabr ayının 5-nə təyin olunub.
Qeyd edək ki, hazırlıq prosesində Orxan Vəliyevin əvəzinə onun nümayəndəsi vəkil Bəylər Məmişov iştirak edirdi.
Ana səhifə / Aktual / Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin kürəkəninin milyonlarını “atıblar” – “GUNAY BANK” İŞİ MƏHKƏMƏDƏ
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …