Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, vəkili Aqıl Layıc feysbukda bildirib ki, hazırda idarənin qarşısında onu gözləyir:

“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.

Qeyd edək ki, B. Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.

***

Vəkil B. Hacıyevin artıq idarədən çıxdığını bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …