Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / “Azərsu”nun su maşını qəzaya düşdü – Yaralı var

“Azərsu”nun su maşını qəzaya düşdü – Yaralı var

Ələt-Astara yolunun Lənkəranın Digah kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“ Azinforum.az ” report-a istinadən xəbər verir ki, “Azərsu” ASC-yə məxsus “Ford”su maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü yaralanıb.

Hadisə nəticəsində minik avtomobili sürüşərək yoldan çıxıb.

Hər iki avtomaşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən …

Bir cavab yazın