Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / AKİF MURADVERDİYEVİN ADAMI BAŞ REDAKTORU NİYƏ ÖLÜMLƏ HƏDƏLƏYİR?

AKİF MURADVERDİYEVİN ADAMI BAŞ REDAKTORU NİYƏ ÖLÜMLƏ HƏDƏLƏYİR?

Azinforum.az bildirir ki, bu günlərdə tanınmış jurnalist, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın Beyləqan rayon icra başçısının ünvanına səsləndirdiyi tənqidi  fikirlərə görə ölümlə hədələnir. Bununla bağlı baş redaktor öz Facebook səhifəsində məlumat paylaşıb. Yazıdan da görünür ki, Tapdıq Abbas onu hədələyən adamı yaxından tanıyır. Jurnalist onu hədə gələn şəxsin hazırda həbsdə olan Akif Muradverdiyevin yaxın adamı olduğunu da vurğulayıb. Yazıda adları çəkilən şəxslərin cavab haqqını tanımaq şərti ilə, Tapdıq Abbasın fikirlərini olduğu kimi təqdim edirik:

“Dostlar, bir – iki gün öncə son 25 ildə Beyləqanda icra başçısı vəzifəsində işləmiş şəxslər haqqında, adlarını çəkməklə, qısa məlumat vermişəm. O cümlədən hazırkı icra başçısı Vaqif İdris oğlu Abdullayevin arzuolunmaz ciddi qüsurlarla zəngin fəaliyyəti barədə facebook səhifəmdə coddi tənqidi qeydlər etmişəm.
Oxucular üçün maraqlı olacağını nəzərə alıb həmin qeydi bəzi saytlar öz səhifələrində dərc edib ictimailəşdiriblər. İcra başçıları barəsində etdiyim qeydlər həm Beyləqan əhalisində, həm də cəmiyyətdə ciddi rezonans verib.
Yazının əks – sədası o qədər güclü olub ki, adlarını çəkdiyim bəzi icra başçılarının yaxınları, məsələn, mərhum Mürşüd Əzimovun oğlu Xəqani Mürşüd oğlu Əzimov mobil nömrəmə zəng edib ünvanlma həyasızcasına təhqiramiz ifadələr işlədib və telefonu dərhal qapatmaqla canını qurtaracağını düşünür.tap
Bu həmin Xəqani Əzimovdur ki, atasının beyləqanlılardan taladığı pulun hesabına Bakıda böyük mülklər almışdı, bundan əlavə 5 savadsız oğlunu isə külli rüşvət hesabına respublikanın nüfuzlu ali məktəblərinə qəbul etdirib diplom almış, dolayı yollarla müxtəlif vəzifələrə təyin etdirib. Xəqani Əzimovu da hətta PA – na İşlər İdarəsinə Akif Muradverdiyev kimi xəyanətkarın idarəsində vəzifəyə qoydurub.
Xəqani Əzimov 2005- ci ildə dövlət çevrilişində iştirak edən Muradverdiyevlə əlbir olduğu üçün tutduğu vəzifədən qovuldu, amma həbs olunmaqdan gizlənib yayınmağ bacardı.
Xəqani Əzimovun mənə qarşı törətdiyi təhqiramiz hərəkətlər və ölümlə hədələmə hadisəsi barədə yəqin ki, ölkə Prezidentinə və dövlət hüquq – mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcəyəm.
Əminəm ki, həmin orqanlar bu cinayət hadisəsi barədə ciddi araşdırma aparıb cinayəti törətmiş Əzimov Xəqani Mürşüd oğlu layiq olduğu cəzanı mütləq alacaq”.

Azinforum.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın