Ana səhifə / Aktual / Azərbaycanda 3 qurumun işçilərinin maaşları artırıldı

Azərbaycanda 3 qurumun işçilərinin maaşları artırıldı

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamına əsasən, DTX-nin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Eləcə də, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …