Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycan-Gürcüstan sərhədindəki göldə itən balıqçıların axtarışları

Azərbaycan-Gürcüstan sərhədindəki göldə itən balıqçıların axtarışları

Gürcüstanın Qardabani rayonunda, Candargöldə ötən gün itkin düşən iki balıqçının axtarışları gecə ərzində davam etdirilib.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Xidmət rəhbəri Temur Mqebrişvili və müavini Levan Varsiaşvili hadisə yerinə baş çəkiblər. Onlar axtarış işləri ilə yerində tanış olublar. Bildirilib ki, ötən gün ərzində axtarışlara Gürcüstan Sərhəd Polisinin, həmçinin Azərbaycan tərəfdən də helikopter cəlb olunub. Azərbaycan helikopteri axtarışları gölün ölkə ərazisindəki hissəsində aparıb.

Qeyd edək ki, iki gənc balıqçı ötən gün günorta saatlarında itkin düşüb. Onların qohum olduqları bildirilir.Candargöl Azərbaycan və Gürcüstan arasındakı sərhədin tam ortasından keçir və Ağstafa rayonu ərazisində yerləşir. (report)


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …