Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Avtomobildə marixuana, bıçaq, tapança, patron və ratsiya aşkar edildi

Avtomobildə marixuana, bıçaq, tapança, patron və ratsiya aşkar edildi

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azinforum.az-a verilən məlumata görə, gömrükçülər narkotik vasitə və silah-sursatın gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Ford Mondeo” markalı minik avtomobilinə baxış keçirilib.
Yoxlama zamanı, öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd “Kenwood” markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində “Maqnum; патрон 9mm травматический” markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …