Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / AST Telman 6 aydır işçilərinin maaşını vermir – Aksiya keçirdilər

AST Telman 6 aydır işçilərinin maaşını vermir – Aksiya keçirdilər

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi “Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər.

Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir.

Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və “Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …