Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Almaniyada 53 yaşlı azərbaycanlı evində barrikada qurdu

Almaniyada 53 yaşlı azərbaycanlı evində barrikada qurdu

Azərbaycandan olan 53 yaşlı miqrant Almaniyanın İzerlon şəhərində öz mənzilində barrikada qurub və məmurları intihar etməsi ilə hədələyib.

Virtualaz.org bildirir ki, miqrant deportasiya qərarına hədələməklə etiraz edib. Bundan əvvəl məhkəmə ona Almaniyada sığınacaq verməkdən imtina edib. Miqrasiya idarəsinin rəsmiləri 53 yaşlı kişinin saxlanması üçün polis əməkdaşlarından kömək istəyib, bir müddət sonra o, saxlanılıb.

Bildirilir ki, kişi saxlanıldıqdan özünə xəsarət yetirməyə nail olub və xəstəxanaya yerləşdirilib. Sağaldıqdan sonra onun deportasiyası məsələsi yenidən qaldırılacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …