Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / 10 yaşlı Nərmin torpağa tapşırıldı…

10 yaşlı Nərmin torpağa tapşırıldı…

Bir neçə gün əvvəl meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, N. Quliyeva bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 2019-cu il noyabrın 21-də Nərminin atası Şərif Quliyev özünə məxsus gödəkçəni gətirmək üçün qızını qardaşının evinə göndərib. N. Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

2020-ci il yanvarın 6-da isə kənd sakini İlkin Süleymanov evlərindən, təxminən, bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …