Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / 10 milyonuncu sakinə görə bulvarda konsert və atəşfəşanlıq oldu – Fotolar

10 milyonuncu sakinə görə bulvarda konsert və atəşfəşanlıq oldu – Fotolar

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.

“ Azinforum.az ” “Azərtac”a istinadən xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb.

Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …