Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Əli Həsənov yeni kabineti ilə bağlı danışdı: “İlk müsahibəmi sizə verəcəm…” -FOTOLAR

Əli Həsənov yeni kabineti ilə bağlı danışdı: “İlk müsahibəmi sizə verəcəm…” -FOTOLAR

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında özünə yeni qərargah seçməsi barədə ötən gün gedən yazıya reaksiya verib. 
Əli Həsənov bu gün Demokrat.az-a yeni iş otağında çəkilən fotolarını göndərərək bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir:
“Mənim təzə iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. Beynəlxalq Mətbuat Mərkəzində isə mənim baş redaktoru olduğum “Geostrategiya” jurnalı yerləşir”.
Əli Həsənov elmi fəaliyyətlə məşğul olduğunu bildirib:
“Hazırda elmi fəaliyyətlə məşğul oluram. Sizə söz verirəm ki, bununla bağlı ilk müsahibəmi də sizə verəcəm. İşinizdə uğurlar arzu edirəm…”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …