Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Əgər Azərbaycanda Çin virusunun testi hələ yoxdursa diaqnozu necə qoyurlar?

Əgər Azərbaycanda Çin virusunun testi hələ yoxdursa diaqnozu necə qoyurlar?

Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında danışıqlar aparılır, yaxın zamanlarda koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin Azərbaycana gətirilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, bu açıqlamanı  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva verib.

İndiyədək səhiyyə rəsmiləri Azərbaycanda koronaviruslara yoluxmanın qeydə alınmadığı  qəti olaraq bildirirdi. Bəs koronavirusların aşkarlanması üçün testlər olmadığı halda diqnoz necə qoyulur? Hansı analizlərin nəticəsi olaraq bizdə belə virusun aşkarlanmadığı qəti olaraq bildirilir?

Bu sualları Afaq Əliyevaya ünvanladıq. Cavabında o bildirdi ki, diaqnostik test olmasa da, kəskin respirator infeksiyaları müşahidə edilən xəstələrlə bağlı hərtərəfli araşdırma aparılır: “Müayinələrlə kifayətlənmirik, xəstə haqda məlumat toplayırıq, həmin şəxsin virusun qeydə alındığı ölkələrin vətəndaşları ilə təmasda olub-olmadığını öyrənirik. Yalnız mövsümü xəstəliklərə yoluxma var”.

Direktor müavini əlavə edib ki, sərhəd-keçid məntəqələri güclənmiş iş rejimində çalışır, xəstəliyin qeydə alındığı ölkələrdən gələnlər yoxlanılır: “Təkcə virusa yoluxmaqda şübhəli bilinənlər deyil, hamı yoxlanılır. Kəskin respirator infeksiyaları əlamətləri aşkarlanarsa dərhal məlumatlar verilir”.

A. Əliyeva əmin edib ki, Azərbaycanda koronavirus aşkarlanmayib: “Bunu əminliklə bildirirəm, virus ölkəmizdə qeydə alınmayıb”.

Qeyd edək ki,  Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhaliyə müraciət edərək koronavirusla bağlı tövsiyələr verib. “Əllərinizi yuyun,  əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin”, -tövsiyələrdə bildirilir.

*   *   *12:01

Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:

“ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.

A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:

“Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”. (Report)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …