Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Əfv Komissiyası müraciətlərə baxmağı çatdıra bilmir – Sərəncam maya qalacaq

Əfv Komissiyası müraciətlərə baxmağı çatdıra bilmir – Sərəncam maya qalacaq

Əfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq. Bu barədə Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib.

R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur:

“Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır”.

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir:

“Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …