Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Ədalət Şükürov karantin rejiminə etiraz etdi: “Bu təklifi kim irəli sürüb?”

Ədalət Şükürov karantin rejiminə etiraz etdi: “Bu təklifi kim irəli sürüb?”

Əməkdar artist Ədalət Şükürov Operativ Qərargahın bu gün qəbul etdiyi qərarı tənqid edib.

Pravda.az xəbər verir ki, müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü deyib: “Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir. İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …