Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / “Qazprom” rəhbərliyinin maaşları azaldılıb

“Qazprom” rəhbərliyinin maaşları azaldılıb

Rusiyanın “Qazprom” ASC-nin İdarə Heyəti üzvlərinin maaşları 15%-dən çox azaldılıb.

” Azinforum.az ” “Gazeta.ru” saytına istinadən xəbər verir ki, azalma son illərdə ilk dəfə baş verir. Şirkətin 2016-cı ilin son rübü üzrə hesabatına əsasən, İdarə Heyətinə 2016-cı ildə məcmu ödənişlər illik müqayisədə 9,4% azalaraq 2,448 mlrd. rubl və ya 43 mln. ABŞ dolları təşkil edib. “Qazprom”un idarə heyətində 17 nəfərin, o cümlədən şirkətin rəhbəri Aleksey Millerin olduğunu nəzərə alsaq, orta hesabla İdarə Heyətinin hər bir üzvü illik 144 mln. rubl və ya 2,5 mln. dollar, aylıq isə 12 mln. rubl və ya 210 min dollar gəlir əldə edib.
“East European Gas Analysis” araşdırma şirkətinin rəhbəri Mixail Korçemkinə görə, bu xəbər Rusiya mətbuatında geniş işıqlandırılır. “Maliyyə vəsaitləri çatışmazlığı fonunda, əhalinin maaş və pensiyalarının artırılmadığı bir dövrdə “Qazprom” rəhbərliyinin maaşlarının artırılması yersiz olardı”, – deyə Korçemkin bildirib. O, Rusiya prezidentinin seçkilər öncəsi seçicilərinin narazılığına səbəb verməməyə çalışdığını qeyd edib.

Həmçinin oxuyun

Ali Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakları müsadirə etmədi 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə …

Bir cavab yazın