Cümə axşamı , May 2 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi düşmənin necə məhv edildiyinə dair videokadrlar yaydı

Müdafiə Nazirliyi düşmənin necə məhv edildiyinə dair videokadrlar yaydı

Azərbaycan Müdafiə Nazirliyi ötən gün axşam saatlarında təmas xəttində erməni silahlı birləşmələrinin mövqelərimizə qarşı hazırladıqları diversiya cəhdinə qarşı endirilmiş preventiv zərbələrə dair videokadrları yayıb.

Azinforum.az nazirliyin saytına istinadən bildirir ki, videoda bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.

Xatırladaq ki, qondarma “dqr müdafiə nazirliyi” bu gün təmas xəttinin Ağdam və Ağdərə istiqamətlərində bir əsgərlərinin öldüyünü, birinin ağır yaralandığını açıqlayıb. Düşmənin itkilərinin əslində daha çox olduğu bildirilir.

 

 

Həmçinin oxuyun

Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Bəzi torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması problemlərə gətirib çıxarır. Belə ki, bəzi bələdiyyə sədrləri …

Bir cavab yazın