Ana səhifə / İqtisadiyyat / Erdoğan: Türkiyə ordusunun Kiprdən çıxarılması hələ ki, müzakirə olunmur

Erdoğan: Türkiyə ordusunun Kiprdən çıxarılması hələ ki, müzakirə olunmur

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölkə ordusunun bölünmüş Kipr ərazisindən tamamilə çıxarılması barədə məsələnin müzakirə olunmadığını bəyan edib.

“Biz Kipr və Yunanıstan rəhbərliyinə açıq-aşkar bəyan etdik ki, təminat qarantı olaraq Türkiyə olmadan hansısa məsələnin həllinə arxalanmasınlar”, – deyə Erdoğan bildirib.

Kiprin birləşdiriliməsiylə bağlı danışıqlar bazar ertəsi Cenevrədə BMT-nin başçılığı ilə başlanıb. BMT nümayəndəsinin sözlərinə görə, təmsil etdiyi təşkilat danışıqlarda hakim kimi deyil, köməkçi rolunda çıxış edir.

Erdoğanın sözlərinə görə, Kiprin türk icmasının nümayəndələri məsələnin həllində “fəal və düzgün işləyirlər”.

“Lakin Kipr və Yunanıstan rəhbərliyi bu məsələnin həllini başqa cür görürlər” – deyə Erdoğan bildirib.

Bir qədər əvvəl Kipr Respublikasının prezidenti Nikos Anastiasades bəyan etmişdi ki, adanın birləşdirilməsi istiqamətində qəbul edilən istənilən razılaşma 30 minlik türk ordusunun ərazidən çıxarılmasını nəzərdə tutmalıdır.

BMT nümayəndəsi Espen Barth Eide Kipr icmaları ilə danışıqlarda Türkiyə rəhbərliyi ilə daima dialoqun aparıldığını qeyd edib. Onun sözlərinə görə, danışıqlar sülh prosesinin uğursuzluqla nəticələnməsinə yol verməyəcək dərəcədə yüksək səviyyədədir.

Kipr 1974-cü ildə Türkiyənin adanı işğalından sonra iki hissəsə bölünüb. Türkiyənin adaya daxil olmasına səbəb isə rəsmi Afinanın Kiprdə dövlət çevrilişinə cəhdi olub.

O gündən bu yana adanın üçdə birində – şimal hissəsində kipli türklər, üçdə iki hissəsində – cənubunda isə yunanlar məskunlaşıb. (BBC)

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın