Ana səhifə / Kriminal / Banklar gücləndirilmiş rejimə keçdi

Banklar gücləndirilmiş rejimə keçdi

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə bayram günlərində – 31 dekabr – 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan daxil olan xəbərə görə, Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə Palata banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

Abşeronda dəhşətli hadisə: Yaralanan qazinin qohumu hər şeyi danışdı – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, “Bağçalı” yaşayış …

Bir cavab yazın