Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / “Rusiya münaqişəsinin həlli üçün lazım olan bütün imkanlara malikdir” – Polad Bülbüloğlu

“Rusiya münaqişəsinin həlli üçün lazım olan bütün imkanlara malikdir” – Polad Bülbüloğlu

Moskvada Rusiya Federasiyasının Federal Məclisinin həftəlik nəşri olan “Parlamentskaya qazeta”nın (“Парламентская газета”) Mətbuat Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş “Rusiya-Azərbaycan münasibətləri: Dostluq və qarşılıqlı faydalı əməkdaşlığın 25 ili” mövzusunda “dəyirmi masa” keçirilib.
Müzakirələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov, Dövlət Dumasının deputatı Dmitriy Savelyev, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov iştirak ediblər.
Çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, 25 illik müstəqillik dövründə Azərbaycan uzun inkişaf yolu keçərək, Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü ölkəsinə çevrilib.
P.Bülbüloğlu 1990-cı illərin hadisələrini xatırladaraq bildirib ki, o vaxtlar polkovnik Surət Hüseynovun tankları Bakıdan 50 km aralıda idi: “Məhz Azərbaycan xalqının təkidi ilə ümummilli lider Heydər Əliyev o dövrdə ölkəni vətəndaş müharibəsindən xilas edib və Azərbaycan dövlətçiliyini yenidən qurub”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan P.Bülbüloğlu deyib ki, Rusiya, ATƏT-in Minsk qrupunun üzvü və regionun ən böyük dövləti kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün lazım olan imkanlara malikdir. (“Report”)

 

Həmçinin oxuyun

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il …

Bir cavab yazın