Ana səhifə / Siyasət / Prezident İlham Əliyev qalib paracüdoçulara medalları təqdim etdi

Prezident İlham Əliyev qalib paracüdoçulara medalları təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Mükafatlandırma mərasimi zamanı Azərbaycan prezidenti İlham Zəkiyevlə birlikdə ən yüksək pillə olan fəxri kürsüyə qalxıb.

Xatırladaq ki, bu çəki dərəcəsində paralimpiyaçımız İlham Zəkiyev hamıdan güclü olub. 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İ.Zəkiyev finalda ukraynalı Oleksandr Pominovu məğlub edərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

Bu çəkidə bürünc mükafatı isə digər paracüdoçumuz Zakir Mislimov qazanıb.

 

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın