Ana səhifə / Araşdırma / Rusiyada azərbaycanlı biznesmenə basqın

Rusiyada azərbaycanlı biznesmenə basqın

Ötən gün Sankt-Peterburqun Primorsk rayonunda cinayətkarlar avtomobil mərkəzinin menecerindən 630 min rubl oğurlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i xəbər yayıb.

Məlumata əsasən 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, 22:15 radələrində Kolomyajsk prospektində, 20-ci binanın qarşısında baş verib.

Burada naməlum şəxslər həmyerlimizi döyərək içərisində 630 000 min rubl və pasport olan çantasını oğurlayıblar.

Həmyerlimiz müqavimət göstərmək istə sə də, basqın edənlər ona imkan verməyiblər. Nəticədə o, qapalı kəllə-beyin travması və sağ gözün kontuziyası diaqnozları ilə 17 saylı şəhər xəstəxanasına çatdırılıb.

Rusiya polisi hadisə yerindəki müşahidə kameralarının görüntülərini götürüb və faktla bağlı araşdırmalara başlayıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın