Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Abel Məhərrəmov qalib oldu

Abel Məhərrəmov qalib oldu

Qafqazın ən böyük təhsil facebook səhifəsi olan 145 minlik “Azərbaycan Universitetləri”ndə “ilin rektoru” sosial tələbə sorğusu başa çatıb.

Qafqazinfo” xəbər verir ki, səsvermənin ilkin mərhələsində 54 rektordan 5 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tutub.

Səhifənin rəhbəri Zöhrab Süleymanın verdiyi məluata görə, BDU rektoru 4900 səslə qalib olub. Finalçılar isə UNEC rektoru Ədalət Muradov, ADPU rektoru Cəfər Cəfərov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov olub. İndiyədək baş tutmuş digər yarışmada ADA Universitetinin rektoru Hafiz Paşayev, BANM rektoru Elmar Qasımov və ADAU rektoru İbrahim Cəfərov tələbələrin böyük dəstəyini qazanıblar.

Artıq beşinci dəfədir keçirilən sorğunun ilk qalibi də akademik Abel Məhərrəmov olub.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın