Ana səhifə / Siyasət / Şahdağdakı bütün yerlər satıldı

Şahdağdakı bütün yerlər satıldı

Qusar rayonunun ərazisində yerləşən Şahdağ Turizm Mərkəzində Yeni il bayramı ilə əlaqədar ayrılan paketlərin hamısı əvvəlcədən sifariş olunub.

“ Azinforum.az ” xəbər verir ki, mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva Azərtac-a müsahibəsində bildirib ki, paketləri əvvəlcədən bron edənlər arasında yerli, həm də əcnəbi turistlər var. Rusiya, Ukrayna və ərəb ölkələrindən olan qonaqlar hətta bir ay öncədən sifariş veriblər. Şahdağ Turizm Mərkəzində Yeni il paketləri bu ilin dekabrın 28-dən 2017-ci ilin yanvar ayının 5-dək olan müddəti əhatə edir.

Mərkəzdə bu qış mövsümünə dekabrın ikinci ongünlüyündə start veriləcək. Xizəkçilik prioritet əyləncə növü kimi qalsa da, bu mövsümdən qonaqlara ekstrim idman növü olan paraplan və atıcılıq xidmətləri də göstəriləcək. Bununla yanaşı, Şahdağ Turizm Mərkəzinə gələn turistləri bir sıra yeniliklər də gözləyir.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın