Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / İlham Əliyev işıq və qaz pulu ilə bağlı tapşırıq verib – Nazirdən açıqlama

İlham Əliyev işıq və qaz pulu ilə bağlı tapşırıq verib – Nazirdən açıqlama

 

“İki gün əvvəl Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir”.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında bildirib.
Nazir qeyd edib ki, prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.

Həmçinin oxuyun

“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham Əliyev

Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətini daşıyan helikopterin qəza enişi …

Bir cavab yazın