Ana səhifə / Gündəm / Qadına qarşı ən çox zorakılıq Füzulidə olub

Qadına qarşı ən çox zorakılıq Füzulidə olub

“Səhiyyə Nazirliyi qadın zorakılığına qarşı hələ 2014-cü ildə Lənkəran, Beyləqan, Şəmkir və Füzulidə sorğu keçirib. Sorğunun nəticəsinə görə, qadınlara qarşı zorakılıq ən çox Fizulidə qeydə alınıb. Amma bu rəsmi statistika deyil”.

Virtualaz.org saytı xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Qadın Zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı keçirilən tədbirdə mərkəzin təlim-resurs şöbəsinin metodisti Cəmilə Kərimova deyib.

Onun sözlərinə görə, zorakılığa məruz qalan 16 faiz qadında döl düşməsi, vaxtından əvvəl uşaqların doğulması baş verir.

İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə isə söyləyib ki, tədbirin keçirilməsində məqsəd mətbuat vasitəsilə ictimaiyyətin diqqətini bu problemin yönəltməkdir. “Qadın zorakılığı dedikdə cəmiyyətdə və ya ailədə qadınlara qarşı fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlıq nəzərdə tutulur. Statistika qadınların 60 faizinin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını göstərir”, – S.Babazadə deyib. Tədbirdə o da deyilib ki, hazırda erkən nikahlar ölkə üçün də çox böyük problemə çevrilib.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın