Çərşənbə , May 1 2024
Ana səhifə / Şou Biznes / DTX külli miqdarda qızıl məmulatlarının ölkədən çıxarılmasının qarşısı alındı

DTX külli miqdarda qızıl məmulatlarının ölkədən çıxarılmasının qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 27-i və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanılıblar.

DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılaraq davam etdirilən araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulub. Aparılmış axtarışlar zamanı qanunsuz sex qismində fəaliyyət göstərən ayrı-ayrı ünvanlarda qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın