Ana səhifə / Şou Biznes / Gədəbəydə məktəb direktoru müəllimi döydü

Gədəbəydə məktəb direktoru müəllimi döydü

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çobankənd kəndində qeydə alınıb.

Kənd orta məktəbinin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb. Müxtəlif bədən xəsarətləri alan müəllim dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan müəllimin qardaşının verdiyi məlumata görə Q. Əliyev məktəb direktorundan uzun illərdir çalışdığı üçün onun dərs saatını artırmağı xahiş edib. Lakin direktor onu çölə çıxararaq döyüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın