Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Metrostansiyada su sızması var –

Metrostansiyada su sızması var –

Son günlər Nizami metrostansiyasında relslərin arasında müşahidə olunan su sızmaları insanların narahatlığına səbəb olub.

Spacetv.az  xəbər verir ki, sərnişinlər metrostansiyanın içərisinə suyun sızmasının səbəblərini son vaxtlar havanın yağıntılı olması ilə əlaqələndirirlər. Amma stansiyanın divarlarının təmirli olduğunu nəzərə alsaq və suyun divarlardan yox, relslərin arasından sızdığını müşahidə etdiyimizdən, səbəbin bu olmadığını düşünə bilərik. Nizami metrosuna suyun hardan axmasını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları da öyrənməyə çalışırlar. Kəşfiyyat Xidmətinin rəisi Əziz Qaralovun sözlərinə görə, həmin ərazidə maililik olduğundan su yığılır.

Vaxtıilə metroya su sızması ilə bağlı araşdırmalar aparılıb, amma yarımçıq qalıb. Son illər inşa olunan metrostansiyaların tikintisi zamanı geoloqların rəyi nəzərə alınır. Amma Nizami metrostansiyası sovet dönəmində inşa olunduğundan bu əraziyə suyun hansı mənbədən axması elə onlar üçün də qaranlıqdır. Metroya suyun haradan sızması ilə bağlı müxtəlif iddialar var. Suyun Xocahəsən gölündən gəldiyi ehtimal olunur. Amma bu sadəcə fərziyyələrdir.

Mütəxəssislər araşdırmalar aparılmasının vacib olduğunu deyirlər. Yaxın vaxtlarda əraziyə mütəxəsislər tərəfindən baxış keçirilməsi və həmin metrostansiyada tədqiqat işlərinin aparılması planlaşdırılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın