Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Ukrayna prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib

Ukrayna prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib

Ukrayna dövlət başçısının mətbuat xidməti xəbər verir ki, telefon söhbəti zamanı Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib və dəvət qəbul olunub.

Virtualaz.org xəbər verir ki, mətbuat xidmətinin məlumatında deyilir: “Prezident Pyotr Poroşenko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə telefonla söhbət edib… Poroşenko Azərbaycan prezidentini Ukraynaya rəsmi səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub”.

Bununla birgə, tərəflərin iyulun 14-də Bakıda keçirilmiş Ukrayna və Azərbaycan prezidentləri şurasının beşinci iclasının yekunları üzrə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişindən məmnunluq hissi ifadə etdikləri bildirilir.

Həmçinin oxuyun

Bu şirkət əmək hüquqlarının pozulmasına görə cəzalandırıldı

“Pixeltec” MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın